Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb
Ana Sayfa > Karusel / Dünya > Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb


20-07-2026, 21:17. Yazar: Admin

Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

Bu ilin ikinci rübündə Gürcüstan Azərbaycandan həyata keçirilən səfərlərdən 59,5 milyon ABŞ dolları həcmində gəlir qazanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.

İllik müqayisədə gəlirdə 10,3% artım qeydə alınıb.

Hesabat dövründə Gürcüstanın beynəlxalq səfərlərdən əldə etdiyi gəlirin ümumi həcmi ötən ilə nisbətdə 3,8% azalaraq 1,1 milyard ABŞ dolları təşkil edib. Gəlirin böyük hissələri 194,9 milyon ABŞ dolları olmaqla Avropa İttifaqı ölkələrinin, 182,8 milyon ABŞ dolları olmaqla Rusiyanın, 134,9 milyon ABŞ dolları olmaqla Türkiyənin, 123,8 milyon ABŞ dolları olmaqla İsrailin payına düşüb.

 


Geri dön