Ana Sayfa > Karusel / Dünya > Elbrusda itkin düşən 11 yaşlı uşağın meyiti tapılıb

Elbrusda itkin düşən 11 yaşlı uşağın meyiti tapılıb


20-07-2026, 07:37. Yazar: Admin

Elbrusda itkin düşən 11 yaşlı uşağın meyiti tapılıb

Elbrus dağında itkin düşən 11 yaşlı uşağın meyiti və xəsarət almış atası tapılıb.

TASS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar dağın şərq yamacında, təxminən 4,2 min metr yüksəklikdə aşkar ediliblər.

Havanın qaralması və əlverişsiz hava şəraiti səbəbindən təxliyə əməliyyatı iyulun 20-nə təxirə salınıb.

Xəsarət alan şəxsin və həlak olan uşağın helikopterlə təxliyəsi planlaşdırılır.


Geri dön