Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Macarıstanda anomal istilər Dunay çayında suyun səviyyəsini azaldıb
Ana Sayfa > Karusel / Dünya > Macarıstanda anomal istilər Dunay çayında suyun səviyyəsini azaldıb

Macarıstanda anomal istilər Dunay çayında suyun səviyyəsini azaldıb


20-07-2026, 07:21. Yazar: Admin

Macarıstanda anomal istilər Dunay çayında suyun səviyyəsini azaldıb

Avropada müşahidə olunan anomal istilər Macarıstanda Dunay çayında suyun səviyyəsinin kəskin enməsinə səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Su Təsərrüfatı İdarəsi məlumat yayıb.

Məlumata görə, iyulun 19-da Budapeşt ərazisində Dunayın su səviyyəsi 2018-ci ilin oktyabrında qeydə alınan rekord minimum göstəricidən cəmi 24 santimetr yüksək olub.

Bildirilir ki, aşağı su səviyyəsi gələn həftənin sonunadək davam edəcək və bu vəziyyət ölkənin cənub bölgələrində, o cümlədən Baya və Moxaç şəhərlərində də müşahidə olunur.

Suyun azalması gəmiçiliyə, xüsusilə turizm kruizlərinə mənfi təsir göstərib.


Geri dön