Ana Sayfa > Karusel / Sosial > Sabah Binəqədinin bir hissəsində qaz olmayacaq

Sabah Binəqədinin bir hissəsində qaz olmayacaq


1-02-2021, 22:15. Yazar: Admin
Sabah Binəqədinin bir hissəsində qaz olmayacaq

 

Fevralın 2-si saat 10:00-dan Binəqədi rayonunun “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə  Qarabaginfo.az a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, fasiləyə səbəb rayonun DSK yolu adlanan ərazisində yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 mm olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin icra edilməsidir.


Geri dön