Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukrayna Rusiyanın Stavropol diyarındakı üç neft bazasına zərbə endirib

Zelenski: Ukrayna Rusiyanın Stavropol diyarındakı üç neft bazasına zərbə endirib


19-07-2026, 15:56. Yazar: Admin

Zelenski: Ukrayna Rusiyanın Stavropol diyarındakı üç neft bazasına zərbə endirib

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Stavropol diyarında yerləşən üç neft bazasına eyni vaxtda zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Telegram-da paylaşımında bildirib.

Ukrayna Silahlı Qüvvələrinin bölmələri isə həmin regionda yanacaq infrastrukturuna aid daha bir obyektə zərbə endirib.

Ukrayna Prezidenti əlavə edib ki, Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid üç tankerin dəqiq vurulduğu qeydə alınıb.


Geri dön