Ana Sayfa > Karusel / Dünya > Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb

Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb


19-07-2026, 13:40. Yazar: Admin

Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.


Geri dön