Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna Ordusu Belqoroda dron zərbələri endirib, 2 nəfər ölüb
Ana Sayfa > Karusel / Dünya > Ukrayna Ordusu Belqoroda dron zərbələri endirib, 2 nəfər ölüb

Ukrayna Ordusu Belqoroda dron zərbələri endirib, 2 nəfər ölüb


Dünən, 13:38. Yazar: Admin

Ukrayna Ordusu Belqoroda dron zərbələri endirib, 2 nəfər ölüb

Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətinə dron zərbələri endirib, 2 nəfər ölüb.

QWarabaginfo.az xəbər verir ki, bu barədə vilayət qubernatoru səlahiyyətlərini icra edən Aleksandr Şuvayev “Telegram” kanalında məlumat verib.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın Belqorod vilayətinə 96 hücum həyata keçirib. Hücumlar nəticəsində Belqorod və Qrayvoron dairələrində iki nəfər həlak olub, Belqorod və Şebekino dairələrində isə biri uşaq olmaqla doqquz nəfər yaralanıb.

Vilayət rəhbərinin sözlərinə görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Belqorod şəhərinə, həmçinin Belqorod, Borisovka, Valuyki, Volokonovka, Qrayvoron, İvnya, Krasnaya Yaruga, Rakitnoye, Şebekino və Yakovlevka dairələrinə zərbələr endirib.


Geri dön