Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azad olunmuş ərazilərdə vətəndaşlar yanğın təhlükəsizliyi ilə əlaqədar maarifləndirilir
Ana Sayfa > Karusel / Dünya > Azad olunmuş ərazilərdə vətəndaşlar yanğın təhlükəsizliyi ilə əlaqədar maarifləndirilir

Azad olunmuş ərazilərdə vətəndaşlar yanğın təhlükəsizliyi ilə əlaqədar maarifləndirilir


Dünən, 13:33. Yazar: Admin

Azad olunmuş ərazilərdə vətəndaşlar yanğın təhlükəsizliyi ilə əlaqədar maarifləndirilir

Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri daxilində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.

Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, bu çərçivədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.

Şuşa şəhərində, Ağdam, Füzuli, Xocalı və Laçın rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.

FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladır.


Geri dön