Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Odessa yaxınlığında vurulan gəminin kapitanı torpağa tapşırılıb
Ana Sayfa > Karusel / Dünya > Odessa yaxınlığında vurulan gəminin kapitanı torpağa tapşırılıb

Odessa yaxınlığında vurulan gəminin kapitanı torpağa tapşırılıb


Dünən, 12:56. Yazar: Admin

Odessa yaxınlığında vurulan gəminin kapitanı torpağa tapşırılıb

Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.

Qarabaginfo.az-ın xəbərə görə, Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi doğulduğu Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə gətirilib və ailəsinə təhvil verilib.

Ailəsi ilə vida mərasimindən sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.


Geri dön