Ana Sayfa > Karusel / Dünya > İranın Ali Rəhbərinin müşaviri: ABŞ zərbələri dayandırmasa, hücum əməliyyatlarına keçəcəyik

İranın Ali Rəhbərinin müşaviri: ABŞ zərbələri dayandırmasa, hücum əməliyyatlarına keçəcəyik


18-07-2026, 06:15. Yazar: Admin

İranın Ali Rəhbərinin müşaviri: ABŞ zərbələri dayandırmasa, hücum əməliyyatlarına keçəcəyik

ABŞ yaxın iki-üç gün ərzində İrana hücumlarını davam etdirərsə, Tehran müdafiədən hücum mərhələsinə keçəcək.

Bu barədə İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rezai dövlət televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu halda İran Silahlı Qüvvələri çəkindirmə və cavab mərhələsindən "hücum və tam məhvetmə" mərhələsinə keçəcək.

Rezai vurğulayıb ki, Tehran yalnız münaqişə zonasındakı deyil, ondan kənarda yerləşən ABŞ hərbi bazalarını da hədəfə alacaq.


Geri dön