Ana Sayfa > Karusel / Dünya > Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb


18-07-2026, 06:05. Yazar: Admin

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində güclü leysanların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 8 nəfər həlak olub, daha 34 nəfər itkin düşüb.

"Sinxua" agentliyinin məlumatına görə, hadisə Utszyan çayı sahilində baş verib.

İndiyədək 10 nəfər xilas edilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Geri dön