Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna Ordusunun istifadəsinə yeni "Siklop" dron-tutucusu verilib
Ana Sayfa > Karusel / Dünya > Ukrayna Ordusunun istifadəsinə yeni "Siklop" dron-tutucusu verilib

Ukrayna Ordusunun istifadəsinə yeni "Siklop" dron-tutucusu verilib


18-07-2026, 05:56. Yazar: Admin

Ukrayna Ordusunun istifadəsinə yeni "Siklop" dron-tutucusu verilib

Ukrayna Müdafiə Nazirliyi "Siklop" adlı yeni pilotsuz uçuş aparatı kompleksinin Silahlı Qüvvələrin istifadəsinə verildiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Siklop" yüksək manevr qabiliyyəti, müxtəlif sürətlərdə dəqiq idarəetmə və yüksək taktiki-texniki göstəricilərə malikdir.

Nazirlik qeyd edib ki, kompleks müasir yüksək intensivlikli müharibə şəraiti üçün Ukrayna müəssisəsində hazırlanıb.

Məlumata görə, "Siklop"un müxtəlif modifikasiyaları artıq bir neçə ildir cəbhədə istifadə olunur.

Birinci variant daha ucuz, konstruksiya baxımından sadə və istismarı asan dron-tutuculardan ibarətdir. Onlar yerüstü hədəflərlə yanaşı, aşağı hündürlükdə və aşağı sürətlə hərəkət edən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

İkinci modifikasiya isə daha yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir və yüksək hündürlükdə uçan "Şahed" tipli pilotsuz uçuş aparatlarını vurmaq üçün hazırlanıb.


Geri dön