Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Ana Sayfa > Karusel / Siyasət > Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib


Dünən, 22:22. Yazar: Admin

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

İyul ayının 16-da Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov Prezident İlham Əliyevin siyasi iradəsi, eləcə də Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən iqtisadi, sosial və humanitar layihələrin ölkənin davamlı inkişaf strategiyasının reallaşdırılmasında mühüm rol oynadığını, cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafa nail olunduğunu vurğulayıb.

Əməliyyat müşavirəsində Azərbaycan Respublikasının Baş prokurorunun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, 2026-cı ilin birinci yarımilıi ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınmışdır ki, onların 93,2 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2026-cı ilin birinci yarımilində paytaxt ərazisində törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.

Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində həyata keçirilən tədbirlərin intensivliyinin artırılması barədə konkret tapşırıqlar verilib.

Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmuş, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.

Hesabat dövründə Bakı şəhər prokurorluğuna 10573 müraciət daxil olaraq baxılmış, ümumilikdə 1299 vətəndaş qəbulu həyata keçirilmiş, onlardan 173 nəfər Bakı şəhər prokuroru tərəfindən qəbul edilib.

“Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsiri qeyd olunmaqla, bütün prokurorluq işçilərinin cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsinin təşkili prosesinə hazır olmalarının vacibliyi vurğulanıb.

Bakı şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda ötən illərdən bağlı qalmış qəsdən adam öldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavinləri və tabe rayon prokurorları hesabat məruzəsi ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat verib, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə edib.

 


Geri dön