Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıbDünən, 22:18. Yazar: Admin |
|
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən Gürcüstan-Türkmənistan biznes forumunda çıxışında bildirib. Onun sözlərinə görə, Gürcüstan və Türkmənistan bir-biri üçün sadəcə ticarət tərəfdaşları deyil, Avropa ilə Asiya arasında mühüm körpülər rolunu oynayan ölkələrdir. "Biz regional bağlılığın və beynəlxalq ticarətin gücləndirilməsində ortaq maraqları bölüşürük. Bu ortaq strateji üstünlüklərə əsaslanaraq biz Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət veririk”, - Kobaxidze əlavə edib. Baş nazir qeyd edib ki, Gürcüstan Orta Dəhlizi daha sürətli, səmərəli və rəqabətli etmək üçün nəqliyyat və logistika infrastrukturunu gücləndirməyə davam edir. Geri dön |