Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Ana Sayfa > Karusel / Siyasət > Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir

Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir


Dünən, 22:05. Yazar: Admin

Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir

"Biz bu gün fərqli bir müstəvidə, fərqli bir dövrdə yaşayırıq. Bu dövr həm çağırışlarla, həm də fürsət və imkanlarla zəngindir".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda deyib.

 

O bildirib ki, bu gün Azərbaycanda həyata keçirdikləri layihələrin bir neçə əsas məqsədi var: "Bunlardan biri milli-mənəvi dəyərlərimizin qorunmasıdır. Digər məqsəd dini tolerantlığın, həmrəyliyin və ictimai sabitliyin möhkəmləndirilməsidir.

 

Bununla yanaşı, dövlətimizin həyata keçirdiyi rəqəmsallaşma siyasətinə uyğun olaraq Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən qurumların rəqəmsallaşdırılması, eləcə də maarifçilik fəaliyyətinin daha da gücləndirilməsi əsas prioritetlərimizdəndir".

 

Ramin Məmmədov qeyd edib ki, ümumilikdə bu layihələrin başlıca məqsədi Azərbaycanda həyata keçirilən və unikallığı ilə seçilən dövlət-din siyasətinin, eləcə də dünyəvilik prinsiplərinin bir-birini tamamladığını nümayiş etdirməkdir.

 

"Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Bu gün Azərbaycanda dövlət-din siyasətinin uğurla həyata keçirilməsi ilk növbədə dövlət başçısının dini konfessiyalara, dini mühitə və milli-mənəvi dəyərlərimizə verdiyi yüksək dəyərdən qaynaqlanır.

 

Eyni zamanda bu dəyərlərin yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də təqdim olunması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyətə malikdir və hər birimiz bunu yüksək qiymətləndiririk".

 

Dövlət Komitəsinin sədri əlavə edib ki, AMİN İnformasiya Sistemi dövlətin rəqəmsallaşma siyasətinin dövlət-din münasibətləri sahəsində tətbiqinin bariz nümunəsidir: "Bu platforma vasitəsilə qarşımıza bütün xidmətlərin rəqəmsallaşdırılması məqsədini qoymuşuq.

 

Bu sistem həm xidmətlərin əlçatanlığını artıracaq, həm ictimaiyyətin etibarlı və dəqiq məlumat əldə etməsinə imkan yaradacaq, həm də dezinformasiya və saxta xəbərlərlə mübarizədə mühüm vasitələrdən biri olacaq.

 

Son təqdim olunan layihə isə “Hər məsciddə kitabxana” layihəsidir.

 

Bildiyiniz kimi, Azərbaycanda məscidlər tarixən yalnız ibadət məkanı olmayıb. Onlar eyni zamanda elm və maarifçilik mərkəzləri kimi fəaliyyət göstəriblər. İnsanlar burada təhsil alıb, maarifləniblər.

 

Müxtəlif tarixi və siyasi proseslər nəticəsində bu ənənə müəyyən qədər zəifləyib. Həyata keçirdiyimiz layihə isə həmin maarifçilik ənənəsini müasir dövrün tələblərinə uyğun şəkildə yenidən bərpa etməyi və cəmiyyətə qaytarmağı qarşısına məqsəd qoyur.

 

Layihənin icrası zamanı aldığımız rəylər, etdiyimiz təkmilləşdirmələr bizə əsas verir ki, onun ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını deyək".

 

O xatırladıb ki, bu gün media nümayəndələri ilə artıq ənənəvi xarakter alan üçüncü görüş keçirilir: "Birinci görüşümüz Şuşada baş tutmuşdu və düşünürəm ki, bu görüşlər məhz Şuşadan başlamalı idi. İkinci görüşümüz Şamaxıda, üçüncü görüşümüz isə Qusarda keçirilir.

 

Sahir müəllimə və Qusar Rayon İcra Hakimiyyətinə səmimi qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk. Əminəm ki, zalda əyləşən bütün iştirakçılar mənim bu təşəkkürümə qoşulurlar.

 

Bununla belə, bizim yolumuz davam edir. Qarşıdakı dövrdə digər bölgələrdə də belə görüşlər keçirməyi planlaşdırırıq.

 

Qusar dövlət-din siyasəti baxımından daim diqqət mərkəzində saxladığımız bölgələrdən biridir. Bu, yalnız bölgənin həssaslığı ilə deyil, eyni zamanda dini və etnik müxtəlifliyi ilə bağlıdır.

 

Burada müəyyən çağırışlar mövcud olsa da, biz dövlət qurumu və dövlət-din siyasətini tənzimləyən qurum kimi ilk növbədə imkanları görürük.

 

Hesab edirik ki, yerli icra hakimiyyəti, ictimaiyyət nümayəndələri və din xadimləri ilə birlikdə bu bölgədə dini zəmində yarana biləcək hər hansı təhdidin qarşısını almaq və belə halların gələcəkdə formalaşmasına imkan verməmək iqtidarındayıq".


Geri dön