Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Ana Sayfa > Karusel / Dünya > Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır

Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır


Dünən, 21:59. Yazar: Admin

Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır

Polşa hökuməti ölkədə "tam dövlət döyüş hazırlığı" statusunu nəzərdə tutan yeni hüquqi mexanizm hazırlayır.

Bu barədə ölkənin milli müdafiə nazirinin müşaviri Matsey Samsonoviç "Defence24" portalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni status sülh dövrü ilə hərbi vəziyyət arasında mövcud hüquqi boşluğu aradan qaldıracaq. Bu, hökumətə rəsmi hərbi vəziyyət elan edilməzdən əvvəl qoşunların yerləşdirilməsinə, strateji infrastrukturun hazırlanmasına və NATO müttəfiqlərinin qüvvələrinin qəbuluna başlamağa imkan verəcək.

Samsonoviç bildirib ki, qanun layihəsi üzərində iş davam edir və ətraflı məlumat hələlik açıqlanmır.


Geri dön