Ana Sayfa > Karusel / Dünya > ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb

ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb


Bu gün, 07:00. Yazar: Admin

ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı gün ərzində həyata keçirilən ikinci zərbələr dalğasının başa çatdığını açıqlayıb.

Bu barədə CENTCOM-un X hesabında paylaşım edilib.

Bildirilib ki, zərbələr ABŞ-ın Şərq sahili vaxtı ilə iyulun 15-i saat 21:00-da başa çatıb.

Məlumata görə, ABŞ qüvvələri İranın komanda mərkəzlərini, hava hücumundan müdafiə sistemlərini, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi məntəqələri, eləcə də sahil müşahidə postlarını hədəfə alıb.

CENTCOM qeyd edib ki, əməliyyat zamanı yüksək dəqiqlikli sursatlardan istifadə olunub və zərbələr Bəndər-Abbas şəhərinə də endirilib.

ABŞ, CENTCOM, İran


Geri dön