Ana Sayfa > Karusel / Cəmiyyət > Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib


Bu gün, 21:25. Yazar: Admin

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Prokurorluq orqanı:

- Qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edir, dövlət qurumlarına müraciət edir, məhkəmədə iddia qaldırır;

- uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirir;

- uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxır və qanunda nəzərdə tutulmuş tədbirləri görür.”.


Geri dön