Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Ana Sayfa > Karusel / Qarabağ > Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb


15-07-2026, 21:23. Yazar: Admin

Picture background

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edilib.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, İdarənin vəzifələri genişləndirilib.

“Avtomobil nəqliyyatı haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək və müvafiq ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək bu sıraya daxil edilib.


Geri dön