Ana Sayfa > Karusel / Dünya > Dövlət Departamenti: Kubaya təzyiq heç vaxt olmadığı qədər güclüdür

Dövlət Departamenti: Kubaya təzyiq heç vaxt olmadığı qədər güclüdür


Bu gün, 08:23. Yazar: Admin

Dövlət Departamenti: Kubaya təzyiq heç vaxt olmadığı qədər güclüdür

ABŞ administrasiyası Kubaya qarşı təzyiqlərin hazırda indiyədək ən yüksək səviyyədə olduğunu bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Qərb yarımkürəsi məsələləri üzrə bürosunun rəhbəri Maykl Kozak Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, Vaşinqton Kuba hakimiyyətindən ölkədə əsaslı islahatların aparılmasını tələb edir.

Kozak əlavə edib ki, ABŞ digər ölkələrlə apardığı məsləhətləşmələr zamanı da onları Kubaya, hətta məhdud həcmdə olsa belə, yardım göstərməməyə çağırır.

O bildirib ki, administrasiya Havanaya dəstəyin qarşısını almaq üçün əlavə tədbirlər görüb.


Geri dön