Ana Sayfa > Karusel / Dünya > Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur

Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur


Dünən, 23:01. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac qalmayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, İraqın Baş naziri Əli əz-Zeydi ilə görüşü zamanı deyib.

“Biz hesab etmirik ki, orada hərbçilərimizə ehtiyac var. Bu, çox böyük əməliyyatdır. Hazırda neft şirkətləri İraqa daxil olur və müqavilələr bağlayırlar. Biz onlara kömək etməyə və qorumağa hazırıq, lakin düşünmürük ki, buna ehtiyac olacaq”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti iddia edib ki, İraqın ən böyük rəqibi İran olub. Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri nəticəsində İran zəiflədiyi üçün Bağdad artıq bu problemlə üzləşmir.

“İran ciddi şəkildə zəiflədilib və onun hərbi gücü dörd ay əvvəlki ilə müqayisədə cüzi bir hissə təşkil edir”, - deyə Tramp vurğulayıb.


Geri dön