Ana Sayfa > Karusel / Siyasət > Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir

Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir


Dünən, 22:54. Yazar: Admin

İran Prezidenti Məsud Pezeşkian

 

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Pezeşkian qarşı tərəfin təxribat xarakterli bəyanatlar verməsinin təbii olduğunu bildirib.

“Düşmənin təxribat xarakterli bəyanatlarını davam etdirməsi təbiidir. Amma onlar meydanda öz məqsədlərinə çata biliblərmi?” - deyə İran Prezidenti bildirib.

Pezeşkian “İranı parçalamaq istəyənlər nə əldə ediblər?” sualını səsləndirərək əlavə edib:

“Biz inanırıq ki, torpağımızın hər qarışını əməli şəkildə müdafiə etməliyik. Bu cür qeyri-etik ifadələr yalnız onların özlərinə yaraşır, İran xalqına yox”.

İran Prezidenti hazırkı şəraitdə ölkədaxili birlik və həmrəyliyin qorunmasının vacibliyini də vurğulayıb.

“Cəmiyyətdə parçalanma yaradan hər bir davranış və hərəkət bizim gücümüzü zəiflədəcək”, - deyə Pezeşkian qeyd edib.


Geri dön