
Slovakiyanın izi Qarabağda əbədi qalacaq. Qarabaginfo.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib. “Bu gün birlikdə Ağdamda yeni salınmış kəndə gedəcəyimizə görə çox məmnunam. Həmçinin mənə göstərilən böyük ehtirama görə təşəkkür edirəm ki, bu kənddə və ətraf ərazilərdə yaşayacaq uşaqlara xidmət edəcək məktəb Slovakiyanın görkəmli tarixi şəxsiyyəti, general Milan Rastislav Ştefanikin adını daşıyacaq. Beləliklə, Slovakiyanın izi Qarabağda əbədi qalacaq, bu məktəbdə təhsil alacaq uşaqlar, onların valideynləri və müəllimləri müəyyən mənada Slovakiya ilə bağlı olacaqlar”, - Slovakiya Prezidenti qeyd edib.
Geri dön
|