Ana Sayfa > Karusel / Siyasət > Pelleqrini: Slovakiya ilə Azərbaycan arasında münasibətlər təkcə iqtisadi və diplomatik sahələrlə məhdudlaşmır

Pelleqrini: Slovakiya ilə Azərbaycan arasında münasibətlər təkcə iqtisadi və diplomatik sahələrlə məhdudlaşmır


Dünən, 22:30. Yazar: Admin

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini

 

Slovakiya ilə Azərbaycan arasında münasibətlər təkcə iqtisadi və diplomatik sahələrlə məhdudlaşmır.

Qarabaginfo.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

“Bizi sevindirən odur ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər təkcə iqtisadi və diplomatik sahələrlə məhdudlaşmır. Hər iki ölkənin vətəndaşlarının qarşılıqlı səfərlərinin sayı da getdikcə artır.

Oktyabr ayından etibarən birbaşa aviareys fəaliyyətə başlayacaq. Cənab Prezident, çox şadam ki, Sizin Bratislavaya səfəriniz zamanı elan etdiyimiz bu təşəbbüs artıq 2026-cı ildə reallığa çevrilir. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq, universitetlər, insanlar arasında əlaqələri gücləndirəcək, eyni zamanda biznes fəaliyyətini də asanlaşdıracaq”, - deyə Slovakiya Prezidenti qeyd edib.


Geri dön