Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Prezidenti: İran rəhbərliyinin harada olduğunu bilirik
Ana Sayfa > Karusel / Dünya > ABŞ Prezidenti: İran rəhbərliyinin harada olduğunu bilirik

ABŞ Prezidenti: İran rəhbərliyinin harada olduğunu bilirik


Bu gün, 06:56. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin nümayəndələrinin olduğu yer barədə məlumata malik olduğunu iddia edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, amerikalı radioaparıcı Hyu Hyuittə müsahibəsində bildirib.

Radioaparıcının İran rəsmilərinin harada olduqlarını bilib-bilmədiyi və ABŞ və ya İsrail hərbçilərinin onları fiziki olaraq zərərsizləşdirə biləcəyi ilə bağlı sualına Tramp müsbət cavab verib.

“Bəli. Amma bunu müzakirə etmək istəmirik. Biz onları, əlbəttə ki, izləyirik. Bu barədə çox məlumatım var, amma hesab etmirəm ki, indi bu barədə danışmaq məqsədəuyğundur”, - deyə ABŞ Prezidenti bildirib.

 


Geri dön