Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp Netanyahuya dəstəyini dayandırmadığını bildirib
Ana Sayfa > Karusel / Dünya > Tramp Netanyahuya dəstəyini dayandırmadığını bildirib

Tramp Netanyahuya dəstəyini dayandırmadığını bildirib


Bu gün, 06:51. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu

 

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə fikir ayrılıqlarına baxmayaraq, ona dəstəyini dayandırmadığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, amerikalı radioaparıcı Hyu Hyuittə müsahibəsində danışıb.

Tramp mətbuatda Netanyahuya artıq dəstək vermədiyi barədə yayılan məlumatları təkzib edib.

“Xeyr, qətiyyən. Biz onunla çox yaxşı yola gedirik”, - deyə ABŞ Prezidenti bildirib.

O əlavə edib ki, bəzi məsələlərdə Netanyahu ilə razılaşmasa da, bunu açıq şəkildə ifadə edir.

“Bəzən onunla razılaşmıram və bunu açıq deyirəm. Sonra da haqlı çıxıram”, - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti Netanyahunu “müharibə dövrünün baş naziri” adlandıraraq onun işini yaxşı gördüyünü qeyd edib.

Trampın sözlərinə görə, əgər o və ya Netanyahu hakimiyyətdə olmasaydı, İranın hərəkətləri səbəbindən bu gün İsrail mövcud olmazdı.


Geri dön