Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Oman və İran Hörmüz boğazında təhlükəsizlik üzrə danışıqları davam etdirəcək
Ana Sayfa > Karusel / Dünya > Oman və İran Hörmüz boğazında təhlükəsizlik üzrə danışıqları davam etdirəcək

Oman və İran Hörmüz boğazında təhlükəsizlik üzrə danışıqları davam etdirəcək


12-07-2026, 08:27. Yazar: Admin

Oman və İran Hörmüz boğazında təhlükəsizlik üzrə danışıqları davam etdirəcək

Oman və İran Hörmüz boğazında təhlükəsizliyin və gəmiçilik azadlığının təmin olunması ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, razılıq iki ölkənin xarici işlər nazirlərinin Maskatda keçirilən görüşünün yekununda əldə olunub.

“Tərəflər beynəlxalq hüquqa uyğun zəruri razılaşmalara nail olmaq üçün bu müzakirələri texniki və siyasi səviyyələrdə davam etdirmək barədə razılığa gəliblər”, - deyə nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunur ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi və İranın xarici işlər naziri Abbas Əraqçi arasında danışıqlar regionda “son hadisələrin nəticələri fonunda” təşkil edilib.


Geri dön