Ana Sayfa > Karusel / Dünya > CBS: ABŞ nümayəndələri Omanda İran üzrə məsləhətləşmələrdə iştirak etmir

CBS: ABŞ nümayəndələri Omanda İran üzrə məsləhətləşmələrdə iştirak etmir


Bu gün, 08:25. Yazar: Admin

CBS: ABŞ nümayəndələri Omanda İran üzrə məsləhətləşmələrdə iştirak etmir

ABŞ nümayəndələri şənbə günü Omanda İran üzrə keçirilən məsləhətləşmələrdə iştirak etmir.

Bu barədə "CBS News" ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun paylaşımına əsasən, Omandakı məsləhətləşmələrə nə ABŞ vitse-prezidenti Cey Di Vens, nə dövlət katibi Marko Rubio, nə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, nə də ABŞ liderinin kürəkəni Cared Kuşner gedib.

“ABŞ-ın texniki komandası da orada deyil”, - deyə Ceykobs qeyd edib.

O, əlavə edib ki, amerikalılar danışıqlar zamanı Oman və Qətər nümayəndələri ilə məsafədən əlaqə saxlayacaqlar.

 


Geri dön