Polşa və Fransa nümayəndələri Parisdə Fransa Prezidenti Emmanuel Makronun Avropa “nüvə çətiri” təşəbbüsü üzrə ilk məsləhətləşmələri keçiriblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fransa Prezidentinin Avropa tərəfdaşları ilə ‘qabaqcıl çəkindirmə’ konsepsiyası üzrə strateji dialoqun qurulmasına dair təklifinə əsaslanaraq, Polşa və Fransa 2026-cı il iyulun 10-da Parisdə nüvə əməkdaşlığı üzrə rəhbər qrupun ilk məsləhətləşmələrini keçirib”, - deyə nazirliyin X hesabında yayılan açıqlamada bildirilib.
Varşava məsləhətləşmələrin detallarını açıqlamayıb və yalnız tərəflərin “Avropa təhlükəsizliyinin aktual məsələlərinə diqqət yetirdiyini” qeyd edib.