Ana Sayfa > Karusel / Hadisə > Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTO 

Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTO 


Bu gün, 08:12. Yazar: Admin

Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTO - YENİLƏNİB

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır


***
06:19

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində çoxsaylı xəsarət alan var.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində çox sayda insan xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.\Apa

 

 

 


Geri dön