Ana Sayfa > Karusel / Dünya > NYT: "Helsing" şirkəti Almaniyanın cənubundakı məxfi zavodda PUA istehsal edir

NYT: "Helsing" şirkəti Almaniyanın cənubundakı məxfi zavodda PUA istehsal edir


Bu gün, 08:07. Yazar: Admin

NYT: "Helsing" şirkəti Almaniyanın cənubundakı məxfi zavodda PUA istehsal edir

Ukraynaya pilotsuz uçuş aparatları tədarük edən Almaniyanın müdafiə şirkəti Helsing ölkənin cənubunda yerləşən məxfi obyektdə dronlar istehsal edir.

Bu barədə "The New York Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, zavod sakit şəhərətrafı sənaye zonasında yerləşir və ciddi təhlükəsizlik tədbirləri şəraitində fəaliyyət göstərir. Müəssisənin ərazisində şirkətin adı heç yerdə göstərilmir, əməkdaşlar məxfilik barədə razılaşma imzalayırlar.

Eyni zamanda, istehsal prosesi təhlükə yaranacağı halda bir gün ərzində dayandırıla və başqa yerə köçürülə bilər.

Qəzet yazır ki, 2024-cü ilin sonundan etibarən bu Almaniya şirkəti Ukraynaya minlərlə pilotsuz uçuş aparatı tədarük edib.

 


Geri dön