Ana Sayfa > Karusel / Gündəm > Deputatlar Azərbaycanla Türkiyənin media sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıblar

Deputatlar Azərbaycanla Türkiyənin media sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıblar


1-02-2021, 13:35. Yazar: Admin

 

Deputatlar Azərbaycanla Türkiyənin media sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıblar

 

“Ordular arasında ittifaq nə qədər əhəmiyyətlidirsə, informasiya sahəsində də bu ittifaqın qurulması o dərəcə əhəmiyyətlidir”.

Qarabaqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, memorandumun müddəalarından biri qaralama kampaniyasına qarşı birlikdə mübarizə aparmaqdır: “Biz 44 gündə Türkiyə və Azərbaycanın informasiya məkanının birləşdiyini gördük. Türkiyənin aparıcı kanalları Ali Baş Komandanla müsahibələr hazırladı, bu müsahibələri bütün dünyaya yaydı. Həmin günlər Türkiyə mediası, kanalları Azərbaycanla bağlı məsələni birinci planda saxladı. Qarabağla bağlı müzakirələr açdılar, bu məsələyə verilişlər həsr etdi. Hazırkı memorandumun məhək daşlarını 44 günlük müharibə dövründə olan münasibət təşkil edir. Ümidvarıq ki, hər iki ölkənin media qurumları dünyada özlərini daha sistemli təmsil etmək üçün çalışacaq. Ortaq media platformasının əhatə dairəsi KİV-i aşır. Bu mövzuda ortaq filmlər də çəkilməlidir. Memoranduma başqa dövlətlərin təmsilçiləri də qoşula bilər”


Geri dön