Ana Sayfa > Karusel / İqtisadiyyat > Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər

Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər


11-07-2026, 18:49. Yazar: Admin

Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər

Kürdəmir rayonunun Karrar kəndində yerləşən, 1904-cü ildə tikilmiş Bakı–Batumi neft kəmərinin ötürücü nasos stansiyası tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən tikili hazırda dövlət mühafizəsində olan tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməyib. Lakin tikilinin tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq qeydə alınıb və onun tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.


Geri dön