Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
Ana Sayfa > Karusel / Dünya > Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib

Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib


Bu gün, 18:39. Yazar: Admin

Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib

Çinin şərq sahillərinə yaxınlaşan "Bavi" qaısrğası ilə əlaqədar ölkədə 1,8 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.

Reuters“ xəbər verir ki, qasırğa Yaponiyanın cənubundakı Sakişima adalarına güclü yağış və şiddətli küləklə təsir göstərdikdən, həmçinin Tayvanın şimalı yaxınlığından keçdikdən sonra Çinin böyük şəhərlərindən olan Vençjou istiqamətində hərəkət edir.

Meteoroloqların məlumatına görə, "Bavi" getdikcə zəifləyir və sürəti azalır. Bununla belə, qasırğa hələ də ciddi təhlükə yaradır. Buna səbəb onun daşıdığı böyük həcmdə rütubət və geniş yağış zolaqlarıdır. Bildirilir ki, qasırğanın yağış buludları ölçü baxımından təxminən Fransa ərazisi qədərdir.

Yerli hakimiyyət orqanları mümkün daşqınlar, torpaq sürüşmələri və güclü küləklərlə bağlı əhaliyə xəbərdarlıq edib.


Geri dön