Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb
Ana Sayfa > Karusel / Dünya > Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb

Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb


Bu gün, 18:33. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrdə yeni xüsusi komandanlığın yaradılması haqqında fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında videomüraciətində bildirib.

Onun sözlərinə görə, yeni komandanlıq Rusiyanın hərbi potensialına uzaqmənzilli zərbələr endirilməsi istiqamətində fəaliyyət göstərəcək və bu məqsəd üçün mövcud bütün resursları cəmləşdirəcək.

Zelenski, həmçinin Ukraynanın Hücum Qoşunlarında islahatların aparılacağını açıqlayıb. O bildirib ki, şəxsi heyətlə bağlı problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək və komandanlıq səviyyəsində də dəyişikliklər ediləcək.

Prezident eyni zamanda Birləşmiş Çevik Reaksiya Qüvvələrinin yaradıldığını elan edib. Onun sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrinin yeni qoşun növü olacaq. Yeni struktur hücum qoşunlarını pilotsuz sistemlər, artilleriya və digər döyüş vasitələri ilə birləşdirərək cəbhədə operativ reaksiyanı gücləndirməyi hədəfləyir.


Geri dön