Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna Azov dənizində bir gecədə 28-ə yaxın gəmini vurub, Rusiya dənizə girişi bağlayıb
Ana Sayfa > Karusel / Dünya > Ukrayna Azov dənizində bir gecədə 28-ə yaxın gəmini vurub, Rusiya dənizə girişi bağlayıb

Ukrayna Azov dənizində bir gecədə 28-ə yaxın gəmini vurub, Rusiya dənizə girişi bağlayıb


Bu gün, 18:26. Yazar: Admin

 

Ukrayna Azov dənizində bir gecədə 28-ə yaxın gəmini vurub, Rusiya dənizə girişi bağlayıbUkrayna ordusu Azov dənizində bir gecə ərzində Rusiyaya məxsus təxminən 28 gəmini vurub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (PSQ) məlumat yayıb.

PSQ komandanı Robert Brovdi bildirib ki, hazırda əlavə kəşfiyyat aparılır və yekun rəqəm arta bilər.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar Taqanroq yaxınlığındakı boğazda dörd gəminin zərər gördüyünü təsdiqləyib. Onun sözlərinə görə, zərbə nəticəsində zədələnən gəmilərdən ən azı biri tankerdir, bir dənizçi ölüb.

Ukrayna tərəfi həmçinin bildirib ki, son altı gün ərzində Rusiyanın "kölgə donanması"na məxsus ümumilikdə 76 tanker vurulub.

Eyni zamanda, “Reuters“ agentliyinin yaydığı məlumata görə, Ukrayna dronlarının kütləvi hücumundan sonra Rusiya Azov-Don gəmi kanalını bağlayıb.

Agentlik qeyd edir ki, Rusiya Sərhəd Xidməti Don çayını Azov dənizi ilə birləşdirən kanal üzrə gəmilərin keçidi üçün yeni müraciətləri qəbul etmir. Məlumata görə, Kerç boğazında da gəmi hərəkəti müvəqqəti dayandırılıb.


Geri dön