Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ankaranın Çankaya bələdiyyəsində axtarış aparılıb, bələdiyyə sədri saxlanılıb
Ana Sayfa > Karusel / Kriminal > Ankaranın Çankaya bələdiyyəsində axtarış aparılıb, bələdiyyə sədri saxlanılıb

Ankaranın Çankaya bələdiyyəsində axtarış aparılıb, bələdiyyə sədri saxlanılıb


Bu gün, 18:25. Yazar: Admin

Ankaranın Çankaya bələdiyyəsində axtarış aparılıb, bələdiyyə sədri saxlanılıb

Ankaranın Çankaya bələdiyyəsinə qarşı rüşvət ittihamı ilə istintaq başlanıb.

Qarabaginfo.az xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqının bir hissəsi olaraq, Çankaya bələdiyyəsində axtarış aparılıb, bələdiyyə sədri Hüseyn Can Güner də daxil olmaqla, 36 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, rüşvət, tender saxtakarlığı və cinayətkar təşkilat yaratmaq iddiaları ilə başladılan əməliyyatda indiyə qədər 27 nəfər barəsində həbs qərarı verilib.

Bildirilib ki, Ankara Polis İdarəsi prokurorluqla koordinasiyalı şəkildə "cinayətkar təşkilat yaratmaq", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət vermək və almaq" və "tenderləri saxtalaşdırmaq" kimi cinayətlərlə bağlı istintaqa başlayıb.


Geri dön