Ana Sayfa > Karusel / Region > 37 illik tarixin sonu - Fotolarda

37 illik tarixin sonu - Fotolarda


Bu gün, 10:42. Yazar: Admin

37-illik-tarixin-sonu

Xəbər verdiyimiz kimi, İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xamenei Məşhəddə dəfn olunub.

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, küçələrdəki izdihama görə avtomobil nəqliyyatından istifadə etmək mümkün olmadığından Xameneinin cənazəsi İmam Rza məqbərəsinə helikopterlə çatdırılıb.  

Məqbərədə baş tutan cənazə namazında imamlığı onun böyük oğlu Mustafa Xamenei edib. İranın yeni Ali Lideri Müctəba Xamenei isə mərasimdə görünməyib. 

Matəm tədbirləri İranın Tehran və Qum şəhərlərində, eləcə də İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilib. İran mətbuatı matəm tədbirlərinə 40 milyondan çox insanın qatıldığını açıqlayıb. 

Xatırladaq ki, 86 yaşlı Əli Xamenei 1989-cu ildən 2026-cı ilədək İranın Ali Lideri olub. O, bu il fevralın 28-də Tehrana aviazərbələr nəticəsində ailə üzvləri ilə birlikdə həlak olub.

Mərhum Ali Liderin dəfn mərasimindən fotoları təqdim edirik:















 


Geri dön