Ana Sayfa > Karusel / İnfrastruktur > Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib

Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib


Bu gün, 10:39. Yazar: Admin

Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib

Paytaxt yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə daha 19 yolayrıcında mövcud olan svetoforlara 42 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində paytaxtın Nəsimi və Yasamal rayonlarındakı svetoforlara quraşdırılan velosiped bölmələri yeni nəsil LED işıqlandırma ilə təchiz olunub.

 


Geri dön