Ana Sayfa > Karusel / Region > KİV: Türkiyə Rusiyadan aldığı C-400 sistemlərini Körfəz ölkələrindən birinə satıb

KİV: Türkiyə Rusiyadan aldığı C-400 sistemlərini Körfəz ölkələrindən birinə satıb


Bu gün, 10:33. Yazar: Admin

KİV: Türkiyə Rusiyadan aldığı C-400 sistemlərini Körfəz ölkələrindən birinə satıb

Türkiyə Rusiyadan aldığı C-400 zenit-raket komplekslərini Körfəz ölkələrindən birinə satıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, sövdələşmə bu gün yekunlaşdırılmalı və rəsmi şəkildə elan olunmalıdır.

Mənbələrin bildirdiyinə əsasən, C-400 sistemləri ya Birləşmiş Ərəb Əmirliklərinə ya da Qətərə göndəriləcək.

Məqalədə qeyd olunur ki, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvi ilə bağlı Donald Trampın son açıqlamaları C-400-lərin taleyi məsələsini yenidən gündəmə gətirib. Xatırladılır ki, həmin sanksiyalar Ankara Rusiyadan C-400 sistemlərini aldıqdan sonra tətbiq edilmişdi.

"Hürriyet"in məlumatına görə, uzun müddətdir C-400 sistemlərinin istifadəyə verilib-verilmədiyi və ya anbarlarda saxlanıldığı barədə dəqiq məlumat olmayıb. Nəşr iddia edir ki, əldə etdiyi məlumata əsasən, komplekslər üçüncü ölkəyə satılıb və son texniki detallar artıq razılaşdırılıb.

Qəzet yazır ki, İran-İsrail qarşıdurmasından sonra Körfəz ölkələri hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün alternativ sistemlər axtarmağa başlayıblar. Nəşrin qiymətləndirməsinə görə, Türkiyə C-400-ləri satmaqla həm CAATSA sanksiyalarından qurtula, həm də bu satışdan gəlir əldə edə bilər.


Geri dön