İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında Livan, Suriya və Qəzza zolağı ilə sərhədlər boyunca təhlükəsizlik zonalarının saxlanılmasının vacibliyini vurğulayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə, Netanyahu ilə Tramp arasında növbəti telefon danışığı davamlı təmaslar çərçivəsində baş tutub. Söhbət zamanı tərəflər müxtəlif sahələrdə fəaliyyətin koordinasiyasını müzakirə ediblər.
Qeyd olunub ki, Netanyahu İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının saxlanılması zərurətini xüsusi olaraq diqqətə çatdırıb.
Baş nazirin ofisinin açıqlamasına əsasən, Donald Tramp da öz növbəsində Netanyahunu ABŞ-ın Fars körfəzindəki fəaliyyəti barədə məlumatlandırıb.