Ana Sayfa > Karusel / Dünya > ABŞ və Vatikan Ukrayna üzrə sülh səylərini müzakirə edib

ABŞ və Vatikan Ukrayna üzrə sülh səylərini müzakirə edib


Bu gün, 08:25. Yazar: Admin

ABŞ və Vatikan Ukrayna üzrə sülh səylərini müzakirə edib

ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio və Vatikanın dövlət katibi, kardinal Pyetro Parolin telefon danışığı zamanı Ukrayna münaqişəsinin nizamlanması istiqamətində səyləri müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun yazılı açıqlamasında məlumat verilib.

Onun sözlərinə görə, Rubio və Parolin “Rusiya ilə Ukrayna arasında danışıqlar yolu ilə münaqişəyə son qoyulmasına yönəlmiş səyləri” müzakirə ediblər.


Geri dön