Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
Ana Sayfa > Karusel / Siyasət > Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar

Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar


Dünən, 21:34. Yazar: Admin

erdoganin-hediyye-etdiyi-silahi-aeroportda-polise-tehvil-verdi

Belçikanın Baş naziri Bart De Vever Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona tapança hədiyyə etdiyini bilmədən özü ilə ölkəsinə aparıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yerli “Nieuwsblad” qəzeti məlumat yayıb.

Bildirilir ki, hökumət başçısı aldığı hədiyyə paketini nümayəndə heyətinin üzvlərinə ötürüb. O, hədiyyənin silah olduğunu yalnız Belçikaya qayıtdıqdan sonra aeroportda mətbuatdan öyrəndiyini bildirib.

De Vever hədiyyəni açdıqdan sonra silahı hava limanının polisinə təhvil verib. Hazırda o, aeroportun seyfində saxlanılır.

Hədiyyənin gələcək taleyinin necə olacağı məlum deyil.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş “Tofak” markalı fərdi tapançalar və döyüş patronları hədiyyə edib.



 


Geri dön