Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Ana Sayfa > Karusel / İnfrastruktur > “28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq

“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq


Dünən, 21:29. Yazar: Admin

“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq

“28 May” metrostansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti olaraq istismardan çıxarılacaq.

"Bakı Metropoliteni" QSC-dən Qarabaginfo.az-a verilən məlumata görə, 2012-ci ildən istismarda olan "Victoria FT-935" tipli eskalatorların təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki işlər aparılır.

Qeyd olunub ki, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün stansiyanın digər üç eskalatoru fasiləsiz fəaliyyət göstərəcək.

Təmir işlərinin 10 iyul–1 avqust 2026-cı il tarixlərini əhatə edəcəyi bildirilib.


Geri dön