Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyibBu gün, 14:31. Yazar: Admin |
|
ABŞ Prezidenti Donald Tramp dünən məşğul olub və Rusiya Prezidenti Vladimir Putinə zəng etməyib, lakin Rusiya prezidenti həmişə danışmaqdan məmnundur. Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putin və Tramp arasında konstruktiv dialoq qurulub. Peskov Kremlin Trampın Kiyevin Rusiya Federasiyasına endirdiyi zərbələrlə bağlı açıqlamalarında eskalasiya deyil, yanılma gördüyünü deyib. Qeyd edib ki, Trampın Ukrayna hava məkanının bağlanması ilə bağlı açıqlaması yenidir, bu mövzunu əvvəllər heç kim müzakirə etməyib: "ABŞ Kiyevə fəal şəkildə silah tədarük etməyə davam edir, Rusiya bundan yaxşı xəbərdardır və "çəhrayı eynək" taxmır. Rusiya Kiyevə silah tədarük etməyə davam edən və eyni zamanda, sülh prosesini asanlaşdırmaq üçün səylərini davam etdirən ABŞ-ın mövqeyində müəyyən bir ikililik görür". Bununla belə, Kremlin sözçüsü Rusiyanın ABŞ-ın Ukraynadakı sülh prosesini asanlaşdırmaq istəyini səmimi hesab etdiyini və bunu alqışladığını bildirib. Geri dön |