Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İtaliya Rusiya səfirliyinin iki əməkdaşını casusluq ittihamı ilə ölkədən çıxarır
Ana Sayfa > Karusel / Siyasət > İtaliya Rusiya səfirliyinin iki əməkdaşını casusluq ittihamı ilə ölkədən çıxarır

İtaliya Rusiya səfirliyinin iki əməkdaşını casusluq ittihamı ilə ölkədən çıxarır


Bu gün, 14:30. Yazar: Admin

İtaliya Rusiya səfirliyinin iki əməkdaşını casusluq ittihamı ilə ölkədən çıxarır

İtaliya hökuməti Rusiyanın Romadakı səfirliyinin iki hərbi attaşesini casusluq fəaliyyəti ilə əlaqədar ölkədən çıxarmaq qərarı verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" hesabında bildirib.

Nazirin sözlərinə görə, İvan Qorbaçov və Mixail Astaxov üç gün ərzində Romanı tərk etməlidir.

"İtaliya hökuməti Roma Prokurorluğunun istintaqı zamanı üzə çıxan casusluq fəaliyyətinə görə Rusiya Federasiyasının İtaliyadakı səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib. Xarici İşlər Nazirliyinin baş katibi bu barədə Rusiyanın Romadakı səfirini məlumatlandırıb. İvan Petroviç Qorbaçov və Mixail Vasilyeviç Astaxov üç gün ərzində Romanı tərk etməlidirlər.

Moskva Qərbə və İtaliyaya qarşı hibrid vasitələrindən istifadə etməyə davam edir. Bu, İtaliya dövlət institutlarına və milli təhlükəsizliyə qarşı ciddi və qəbuledilməz müdaxilədir", – Tayani qeyd edib.


Geri dön