Rəsmi Tehran ABŞ-ın İrana hücumlarını pisləyib.
Qarabaginfo.az-ın xəbərinə görə, İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun cümə axşamı səhər saatlarında ölkənin cənubunda bir sıra məntəqələrə və ölkənin şərqində yerləşən iki dəmir yolu körpüsünə endirdiyi zərbələri “müharibə cinayəti” kimi qiymətləndirib.
İran XİN bunun BMT Nizamnaməsinin, eləcə də müharibənin başa çatdırılması ilə bağlı anlaşma memorandumunun müddəalarının pozulması olduğunu bildirib.
İran XİN-in bəyanatında qeyd olunub ki, hücumlar son 48 saat ərzində Hörmüz boğazından keçən gəmilərlə bağlı hadisələrə cavab iddiası ilə həyata keçirilib. Bəyanata əsasən, İran bu addımı “təcavüzkar hərəkət və ABŞ-ın müharibənin başa çatdırılması ilə bağlı razılaşmaya sadiq qalmamasının göstəricisi” hesab edir.
Bəyanatın sonunda İranın suverenliyini və ərazi bütövlüyünü qoruyacağı, hücumların məsul şəxslərinin cəzalandırılacağı vurğulanıb.
Qeyd edək ki, ötən gecə və bu gün ABŞ tərəfindən İran ərazisində bir neçə məntəqəyə zərbələr endirilib, nəticədə itkilər və dağıntılar qeydə alınıb.