Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Paşinyan: Yüksək texnologiyalar sənayesi naziri yeni hökumətdə yer almayacaq
Ana Sayfa > Karusel / Region > Paşinyan: Yüksək texnologiyalar sənayesi naziri yeni hökumətdə yer almayacaq

Paşinyan: Yüksək texnologiyalar sənayesi naziri yeni hökumətdə yer almayacaq


Bu gün, 13:00. Yazar: Admin

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan

 

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan vəzifəsini tərk edəcək.

“Sputnik-Armenia” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

Paşinyan mətbuatda yayılan məlumatları təsdiqləyərək qeyd edib ki, Ayrapetyan yeni hökumətin tərkibində yer almayacaq.

"Müzakirələr zamanı Mxitar Ayrapetyan özü işini davam etdirmək istəmədiyini bildirdi. Buna görə də o, yeni hökumətdə olmayacaq", – Paşinyan vurğulayıb.


Geri dön