Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > FTX: Ukraynanın Rusiyada hərbçilərə qarşı irimiqyaslı terror planının qarşısı alınıb
Ana Sayfa > Karusel / Dünya > FTX: Ukraynanın Rusiyada hərbçilərə qarşı irimiqyaslı terror planının qarşısı alınıb

FTX: Ukraynanın Rusiyada hərbçilərə qarşı irimiqyaslı terror planının qarşısı alınıb


Bu gün, 10:36. Yazar: Admin

FTX: Ukraynanın Rusiyada hərbçilərə qarşı irimiqyaslı terror planının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın hərbi obyektlərinə və Müdafiə Nazirliyinin hərbi qulluqçularına qarşı hazırladığı irimiqyaslı təxribat və terror aktlarının qarşısının alındığını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

"Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Qərb kuratorlarının birbaşa iştirakı ilə hərbi infrastruktur obyektlərinə, hərbi-sənaye kompleksinin aparıcı müəssisələrindən birinə, eləcə də Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçularına qarşı, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirməyi planlaşdırdığı miqyasına və yaratdığı təhlükəyə görə misli görünməmiş diversiya-terror aktlarının qarşısını alıb”, – məlumatda bildirilib.

FTX-nin açıqlamasına görə, planlaşdırılan hücumların qarşısı operativ-axtarış, əks-kəşfiyyat və kəşfiyyat tədbirləri nəticəsində alınıb.


Geri dön