Ana Sayfa > Karusel / Dünya > “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb”

“Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb”


Bu gün, 08:50. Yazar: Admin

yaponiya-islam-respublikasi-terefinden-111-raket-buraxilib

Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski birgə mətbuat konfransı keçiriblər.

Qarabaginfo.az xəbər verir ki, konfrans zamanı Trampın çıxışında diqqət çəkən dil sürüşməsi yaşanıb.

ABŞ Prezidenti İranı nəzərdə tutarkən səhvən Yaponiyanın adını çəkib.

Tramp çıxışı zamanı “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb” ifadəsini işlədib. Onun bu sözləri qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Geri dön